Accessibility links

ABŞ-Qlobal polis?


ABŞ-Qlobal polis?
please wait
Embed

No media source currently available

0:00 0:03:22 0:00

ABŞ-Qlobal polis?

ABŞ prezidenti Barak Obamaya qarşı Suriya, Çin və Rusiya kimi ölkələrin tənqidləri onun xarici siyasət qərarlarına ehtiyatla yanaşmasına səbəb olub. Ağ Ev isə Amerikanın güc nümayişinin hərbi müdaxilədən ibarət olduğunu rədd edir.

2013-cü ilin avqust ayında Dəməşq yaxınlığındakı Qoutta rayonunda Suriya hökumətinin kimyəvi silahlarla hücumu onlarla kişi, qadın və uşağın həyatına son qoyub.

Suriya prezidenti Bəşar Əl-Əsəd Amerikanın qoyduğu qırmızı xətti keçsə də, əməlləri cəzasız qalıb. Londonda yerləşən Çatham siyasət institutunun əməkdaşı Kseniya Dormandi hesab edir ki, problem məhz bundadır. “Suriyaya görə indi heç kim ABŞ-ın qırmızı xəttinin əvvəlki qədər kəsərli olduğuna inanmır. Əsəd bu həddi əməllərinin nəticəsi ilə üzləşmədən keçdi.”

Dormandinin fikrincə, dünyanın ən güclü hərbi qüdrəti və iqtisadi nəhəngi olan Amerikanın qolunun gücünü nümayiş etdirmək istəməməsi təhlükəli vəziyyət yaradıb. “Çin və Rusiya kimi ölkələrin cəzalandırılmadan istədikləri əraziləri ələ keçirməsi, onların bu qırmızı xətti ABŞ və Qərbin cavabı olmadan rahatlıqla keçməsi deməkdir.”

Mart ayında Rusiyanın silahlı müdaxiləsi ilə Krımın nəzarətini ələ alması iləAmerikanın siyasəti tənqidlərə tuş gəldi.

Londonun iqtisadiyyat institutunun professoru Arne Uestadın fikrincə, Qərbin hərbi imkanları o qədər də böyük deyildi. “Bu imkanlar 1990-cı illərdə soyuq müharibənin başa şatması ilə məhdudlaşıb. Bir də hər şeydən əlavə Rusiya nüvə silahına malik olan bir ölkədir.”

Ukraynalılar da bu məhdudiyyətlə razıdır. Bu, Londonda yerləşən Çatham siyasət institutununun əməkdaşı Orusiya Lutseviçin qənaətidir. “Ukraynalılar olduqca ehtiyatlıdır. Onlar ABŞ-ın dəstəyi ilə hər bir hərbi əməliyyatın ağır nəticələr verəcəyini və böyük tələfatla müşayiət ediləcəyini düşünür.”

ABŞ prezidenti Barak Obama Hərbi Akademiya məzunları qarşısında deyib ki, zəif olmadığını nümayiş etdirməsi üçün Amerikanın hərbi müdaxiləyə əl atması yanlıqlıqdır. "Mən hardasa baş verən problemlərə görə sizləri təhlükəyə salsam, sevdiyimiz vətənimə xəyanət etmiş olaram."

Amerikanın Asiya müttəfiqlərinin əksəriyyəti ABŞ-ın təhlükəsizlik çətirinin Çinin artmaqda olan gücünə əks təsir bağışladığını düşünür. Kseniya Dormandi Əfqanıstan və İraq müharibələrindən sonra Vaşinqtonun Asiyadakı müttəfiqlərinin özlərinin hərəkətə keçməsini istədiyini deyir. “Bu, koalisiya yaradılması deməkdir. Amerikanın bütün resurslarını ortaya qoyması və onların yalnız bu resursları dəstəkləməsi ideyası yanlışlıqdır.”

Yaponiyanın qlobal təhlükəsizlik sahəsində rolunu genişlədəcəyi fikri Çinin qəzəbinə yol açıb.

Vaşinqtonun siyasətini dəyişməsi alqışlanır. ABŞ siyasətçiləri hesab edir ki, Amerika rəhbər mövqedə qalması üçün qarşılıq görməlidir.
XS
SM
MD
LG