Accessibility links

Ekspertlər Respublikaçıların gələcəyini təhlil edir [Video]


Vitse prezident Co Bayden dövlət məmurlarını qarşılayır. Onlar hökumətin 16 gün müvəqqəti bağlanmasından sonra işə dönürlər.

Texas senatoru Ted Kruz kimi mühafizəkar Respublikaçılar hökumətin bağlanmasını təkid edərək prezidentin səhiyyə islahatlarını əngəlləmək istəyirdilər.

Cənab Kruz Vaşinqtonda mühafizəkarların yığıncağında hərarətlə qarşılanıb.

Ted Cruz: “Hesab edirəm ki, Nümayəndələr Palatası tutduğu möhkəm yolda yoluna davam etməlidir.”

Cənab Kruz 2016-ci ildə prezidentliyə namizədliyini verərəsə, Kentakidən olan senator Rand Paul daxil olmaqla çoxlu mühafizəkar rəqibləri olacaq.

Rand Pol: “Siyasiyətçilərinizi möhkəm dayanmağa, həyatları qorumağa və Xristianlıqla müharibə aparanlara qarşı mübarizədə məsuliyyətli olmağa çağırın.”

Paul və Kruz hökümətin bağlanmasına son qoyan razılığın əleyhinə səs veriblər. Ancaq sabiq Respublikaçı konqresmen Vin Veber bildirib ki, hökümətin bağlanması onun partiyasına pis təsir edib.

Vin Veber: “Partiyanın imici korlanıb, və bunu yalnız Respublikaçıların prezidentliyə namizədi dəyişə bilər.”

Respublikaçıların çoxu aqressiv taktikalardan yorulublar. Kentaki təmsilçisi Harold Rogers:

“Dərrakəli davranmağın vaxtı çatıb. Bunu etmək üçün biz hamımız bir balaca güzəştə getməliyik.”

Prezident Barak Obama həmçinin Respublikaçıları əməkdaşlıq ruhu göstərməyə çağırıb.

Barak Obama: “Siz hər hansı qanunu və ya prezidenti bəyənmirsizsə, öz mövqeyiniz uğrunda mübarizə aparın. Gəl və seçkilərdə qələbə çal. Dəyişdirmək üçün çalış. Ancaq qırma.”

Respublikaçı analitik Skot Faulkner deyir ki, partiya indiyədək heç vaxt bu qədər parçalanmayıb.

Skot Faulkner: “Tamamilə! Çünki hər iki tərəf daha qaragüruhçu xətt götürüb və ən əsası, hər iki tərəf bir-birinin motivlərinə düşmən münasibəti bəsləyir. Hətta partiya daxilində də.”

Növbəti siyasi sınaq bir ildən az vaxt qalmış 2014-cü il Konqresə seçkiləri olacaq.
XS
SM
MD
LG