Accessibility links

Ağ Ev milli təhlükəsizlik müşavirini işdən çıxardıb. Səbəb, onun ABŞ xarici siyasətini və prezident Barak Obamanın yaxın köməkçilərini Twitter-də tənqid edən anonim şəkildə yüzlərlə şərh yazmasıdır.

Təhqiqatçıların aylarla davam edən araşdırmalarından sonra “natsecwonk” ləqəbi ilə şərh yazan istifadəçinin 40 yaşlı müşavir Cofi Cosef olduğu müəyyən edib. O, buna görə keçən həftə işdən azad edilib. Cofi Cosefi, Milli Təhlükəsizlik Şurasında nüvənin yayılmaması üzrə rəhbər və bu yaxınlarda İranın nüvə silahı proqramı üzrə danışıqlarda iştirak edib.

Politico xəbər saytınında yayımlanan bəyanatda Cosef məsuliyyəti öz üzərinə götürüb və son iki ildə etdiyi twitlərə görə hamıdan üzr istəyib. O, bildirib ki, onun şərhləri ilk olaraq siyasiləşmiş Vaşinqtonda həyatının parodiyalaşması məqsədini daşıyıb və getdikccə xoşagəlməz şərhlərə çevrilib.

Cosef dövlət katibi Con Kerrini, onun sələfi Hillari Klintonu və Ağ Evin müşaviri Ben Rhodesi tənqid edib. O, 2012-ci ildə Liviyanın Benqazi şəhərində dörd ABŞ diplomatının öldürülməsi barədə rəsmi açıqlamaları sual edib. Cosef həmçinin Respublikaçı rəsmiləri və 2008-ci ildə vitse prezidentliyə namizəd Sarah Peylini də tənqid atəşinə tutub.
XS
SM
MD
LG