Accessibility links

Azərbaycan xalqı həmişə demokratiya arzuları ilə yaşayıb

Amerika prezidenti Barak Obama 28 May – Respublika Günü münasibəti ilə Amerika Birləşmiş Ştatlarının adından president İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir: “1918-ci il mayın 28-də Azərbaycan fərəh və iftixar hissi ilə müstəqil dövlətini qurdu. Azərbaycan xalqı həmişə demokratiya arzuları ilə yaşamışdır və 70 ildən artıq müddətdən sonra 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi həmin arzuları bir daha canlandırdı.
Bu il biz, eyni zamanda, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında tərəfdaşlığın mühüm tarixini qeyd edirik, belə ki, 2012-ci ildə ABŞ ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının iyirminci ildönümü tamam olur. Bu əhəmiyyətli hadisə münasibətilə mən hökumətlərimiz və xalqlarımız arasında vacib əlaqələri, eləcə də birgə əldə etdiyimiz mühüm nailiyyətləri qeyd etmək istərdim”, - deyə prezident Obama qeyd edib.

Show comments

XS
SM
MD
LG