Accessibility links

ABŞ prezidenti ailəsi ilə birlikdə tarixi həbsxananı ziyarət edir


ABŞ prezidenti Barak Obama Cənubi Afrika Respublikasının “Robben adası” həbs xanasınızı ziyarət edir. Ölkənin apartheid rejiminə qarşı mübarizə aparan Nelson Mandela 20 ilə yaxın bu həbsxanada saxlanıb.

Cənab Obamanın yardımçısı Ben Rodes bildirdiyinə görə, həyat yoldaşı Mişel Obama və iki qızı tərəfindən müşayiət olunan prezident həbsxanaya ziyarət zamanı cənab Mandelanın saxlandığı hücrəyə də baş çəkəcək.

Ağ Evdən daxil olan məlumatda isə deyilir ki, bu ziyarət ideyalarına görə “Robben adası” saxlanılan Nelson Mandela və digər məhbusların yad edilməsi məqsədi daşıyır.

Ziyarətə digər anti-aparteid fəal və “Robben adası”nın sabiq sakini 83 yaşlı Əhməd Kaxrada bələdçilik edir.

Daha sonra prezidentin arxiyepiskop Desmond Tutu tərəfindən idarə edilən icma tibb mərkəzinə baş çəkməsi və Keyp Taun şəhərində nitq söyləməsi gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG