Accessibility links

Amerika prezidenti yenidən Metyi Brayzanın namizədliyini irəli sürüb


Amerika prezidenti yenidən Metyi Brayzanın namizədliyini irəli sürüb

Amerika prezidenti yenidən Metyi Brayzanın namizədliyini irəli sürüb

Amerika səfiri İran ətrafındakı son durumdan danışıb.

“Mənim Azərbaycanda ikinci dəfə səfir kimi fəaliyyət göstərməyim barədə prezident Barak Obama Senata müraciət göndərib. Hazırda ABŞ Senatının cavabını gözləyirəm”, - Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza bu gün jurnalistlərin sualının cavabında bildirib.

“ABŞ-da yaradılmış demokratik sistemdə hər bir hökumət qurumunun özünəməxsus səlahiyyətləri var. Siz bunun şəxsən mənim timsalımda şahidi ola bilərsiniz. Səsvermə ABŞ Senatının tətilə çıxması ərəfəsində olmalıdır”, - o qeyd edib.

Səfir jurnalistlərin İrandakı son durumla bağlı sualına da cavab verib.

“ABŞ-ın yaxın müttəfiqi Böyük Britaniyanın Tehrandakı səfirliyinə qarşı törədilmiş dəhşətli və mənfur hücuma qarşı Amerikanın reaksiyası hamıya məlumdur. Bu məsələnin ciddiliyi Böyük Britaniya hökumətinin öz diplomatlarını İrandan çıxarması və İranın Britaniyadakı səfirliyini bağlaması barədə verdiyi qərarla çox aydın ifadə olunur”.

Cənab Brayza deyib ki, onun 23 illik peşəkar diplomat fəaliyyətində çox az sayda belə hala rast gəlib ki, hər hansı bir ölkə öz ərazisində fəaliyyət göstərən səfirliyin bağlanması barədə qərara qəbul etsin: “ABŞ Konqresində də İrana qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı müəyyən qanunvericilik nəzərdən keçirilməkdədir. Amerika hökuməti bu plan layihəsini tam dəstəklənir. Burada spesifik elementlər var ki, onlara xüsusi diqqət verilməlidir. Əlbəttə, biz beynəlxalq ictimaiyyətdəki tərəfdaşlarımızla fəaliyyətimizin və addımlarımızın koordinasiyasına çox ciddi diqqət veririk”, - o qeyd edib

XS
SM
MD
LG