Accessibility links

Rios Mont 1771 insanın ölümündə ittiham edilirdi

Quatemalanın keçmiş diktatoru Efrain Rios Monta qarşı irəli sürülən soyqırım və müharibə cinayətləri ittihamlarını texniki səbəbə görə ləğv edilib.

Konstitusiya məhkəməsi Rios Monttun bu ayın əvvəlində keçirilən muhakiməsini etibarsız sayıb. Çünki məhkəmə aprelin ortalarında apellyasiya problemlərinə görə dayandırılmalı idı.

86 yaşlı Rios Mont Mərkəzi Amerika ölkəsinə 1982-1983 illərində başçılıq edib. Hakimiyyətdə olduğu müddətdə o, Quatemalanın yerli etnik İxil Mayalara qarşı üsyançı qüvvələrə yardım etdikləri səbəbi ilə hərbi güc işlətmişdi. O, 1771 İxil Mayanlının ölümündə günahkar bilinərək 80 il həbs cəzasına məhkum edilmişdi.

Rios Mont müharibə cinayətlərinə görə Latın Amerikasında mühakimə edilən ilk sabiq diktatordur.

1960-cı ildə başlayan və 36 il davam edən vətəndaş müharibəsində 200000-dən çox insan həlak olub.
XS
SM
MD
LG