Accessibility links

Virciniyada iftar süfrəsi [Video]


ATFA (Amerikan-Türk Dostluq Dənəyi) artıq dördüncü ildir ki, Ramazan çadırında türk və türksoylu icma üzvləri üçün iftar süfrəsi açır. 2003-cü ildən fəaliyyət göstərən dərnək Virciniyanın Fairfaks şəhərində yerləşir. Dərnək tərəfindən həftə sonları məktəbdən kənar dərslər, həftə günləri isə konfranslar, forumlar, illik dini və milli bayramlar müxtəlif proqramlar təşkil olunur.

Dərnəyin tərkibində Azərbaycan icmasından məsul bölmə fəaliyyət göstərir. Azərbaycan bölməsinin rəhbəri Nadir Şəfiyev Amerikanın Səsinə müsahibəsində dərnəyin məqsədinin yerli sakinlərlə təmasda olub, onlarla dostluq əlaqələriminin genişləndirilməsi və Azərbaycan mədəniyyətini yerli sakinlərə tanitmaq olduğunu deyib.

Proqramda Azərbaycan və Türkiyənin ABŞ-dakı səfirləri də iştirak edib. Səfir Elin Süleymanov Türk-Azərbaycan dostluğundan danışıb, bu kimi tədbirlərdə bir araya gələməyin bu xalqların bir ailə olduğunu göstərdiyini deyib.

ATFA-nın icraçı direktoru Mahmut Yeter belə tədbirlərin təşkilində türk iş adamlarının dəstəyindən, icma nümayəndələrinin könüllü olaraq göstərdikləri köməklərdən danışıb.

Proqramda iştirak edən azərbaycanlılar vətəndən uzaq olsalar da, özlərini yad hiss etmədikdlərini deyir.
XS
SM
MD
LG