Accessibility links

Amerika rəsmisi Azərbaycan prezidenti ilə görüşüb


Amerika rəsmisi Azərbaycan prezidenti ilə görüşüb

Amerika rəsmisi Azərbaycan prezidenti ilə görüşüb

Cənab Rubin 2012-ci ildə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin mövcud baza üzərində daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycan prezidenti İlham Əliyev ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubini qəbul edib.
Görüşdə 2012-ci ildə Azərbaycanla Amerika arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Cənab Rubin 2012-ci ildə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin mövcud baza üzərində daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.
Prezident Əliyev isə 2012-ci ildə Azərbaycan ilə ABŞ arasında ikitərəfli formatda münasibətlərin daha da genişləndirilməsi istiqamətində yaxşı nəticələr əldə ediləcəyinə ümidvar olduğunu bildirib. Cənab Əliyev iki ölkə arasında əlaqələrin inkişafına göstərdikləri diqqətə görə ABŞ prezidenti və dövlət katibinə minnətdarlığını ifadə edib.

Cənab Rubin bu gün xarici işlər naziri Elmar Məmmədyarovla da müzakirələr aparıb. Müzakirələrin əsas mövzusu ikitərəfli əlaqələrin daha da inkişafı olub.

Erik Rubin beynəlxalq sülhün təmin olunmasında Azərbaycan tərəfinin verdiyi tövhəni yüksək qiymətləndirib.

Danışıqlarda həmçinin enerji sahəsində əməkdaşlıq məsələləri, Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyət, Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində aparılan danışıqlar ətrafında fikir mübadiləsi aparılıb.

Erik Rubin Azərbaycanda görüşlərini yanvarın 19-da davam etdirəcək.

XS
SM
MD
LG