Accessibility links

Amerika rəsmisi Bakıda ikitərəfli münasibətlərin geniş spektrini müzakirə edib


Amerika rəsmisi Bakıda ikitərəfli münasibətlərin geniş spektrini müzakirə edib
Amerika rəsmisi Bakıda ikitərəfli münasibətlərin geniş spektrini müzakirə edib

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini, səfir Tina Kaydanau Bakıda bir günlük səfərdə olub. O Azərbaycan prezidenti və xarici işlər naziri ilə danışıqlar aparıb

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini, səfir Tina Kaydanau Bakıda bir günlük səfərdə olub. O Azərbaycan prezidenti və xarici işlər naziri ilə danışıqlar aparıb.

Amerikanın Azərbaycandakı səfirliyinin görüşlərdən əvvəl yaydığı məlumata isə deyilir ki, səfər zamanı ikitərəfli münasibətlərə dair məsələlərin geniş spektri müzakirə ediləcək.

“ABŞ Azərbaycanı mühüm tərəfdaş hesab edir. Bizim maraqlarımız bir çox sahələrdə, o cümlədən Cənub Dəhlizinin tərkibində olan qaz və neft layihələri ilə enerji təhlükəsizliyinin gücləndirilməsindən tutmuş terrorizm və ekstremizmə qarşı mübarizədə birgə işimizə kimi üst-üstə düşür. Biz, Azərbaycanın Kosovodan tutmuş İraq və Əfqanıstanda regional və qlobal təhlükəsizlik sahəsində göstərdiyi töhfələri yüksək qiymətləndiririk,” - deyə xanım Kaydanau səfər ərəfəsində bildirib.

Tina Kaydanau Dövlət Departamentinin Azərbaycan və digər Qafqaz ölkələri arasında əlaqələrə məsul olan rəsmisidir.

XS
SM
MD
LG