Accessibility links

 ABŞ Rusiyanın iki diplomatını ölkədən çıxarıb


ABŞ Dövlət Departamentinin sözçüsü Con Körbi
ABŞ Dövlət Departamentinin sözçüsü Con Körbi

Birləşmiş Ştatlar Moskvada Rusiya polisi tərəfindən Amerika diplomatına hücuma cavab olaraq Rusiyanın iki diplomatını ölkədən çıxarıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Con Körbinin bildirdiyinə görə, Rusiyanın adları çəkilməyən iki diplomatı iyunun 17-də ölkədən çıxarılıb. O bildirib ki, bu addım Amerika diplomatının Moskvada ABŞ səfirliyinin biniası qarşında rus mühafizəçinin hücumuna məruz qalmasından iki həftə sonra atılıb.

Rusiyanın NTV televiziyasında yayımlanmış video görüntüdə səfirliyin binası qarşısında taksidən çıxan bir nəfərin dərhal budkada rus mühafizəçi tərəfindən hücuma məruz qaldığı göstərilib. İki nəfər yerdə mübarizə apardıqdan sonra hücuma məruz qalmış şəxs sürünərək binaya daxil ola bilib.

Körbinin sözlərinə görə, hücum Amerika diplomatının mühafizəçiyə kim olduğunu deməsindən sonra baş verib.

"Bu hərəkət səbəbsiz baş verib və bizim işçimizi təhlükə qarşısında qoyub"-Körbi bildirib.

Bu həftənin əvvəl Rusiya Xarici İşlər nazirliyinin sözçüsü ABŞ diplomatının Mərkəzi Kəşfiyyat Agentliyinin gizli agenti olduğunu bəyan edib. Onun sözlərinə görə, həmin şəxs özünü təqdim etməkdən imtina edib və polis nümayəndəsini üzündən vurub.

"Mərkəzi Kəşfiyyat Agentliyinin maskalanmış agenti əvəzinə həmin şəxs kim istəyirsiniz-terrorçu, ekstremist, intiharçı bomba hücumçusu ola bilərdi"-deyə Mariya Zaxarova bildirib.

Körbi həmin şəxsin Mərkəzi Kəşfiyyat Agentliyinin əməkdaşı olduğu haqda iddiaları rədd edib.

"Rusyanın polis nümayəndəsinin səfirliyi naməlum şəxsdən qoruduğu haqda iddiası həqiqətə uyğun deyil"-deyə Körbi bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG