Accessibility links

ABŞ Rusiyanın Suriyada kimyəvi hücumda rolunu araşdırır


Türkiyə rəsmiləri Reyhanlıda xəstəxanada müalicə olunan bu gənc suriyalının İdlibdə kimyəvi hücum zamanı sarin qazı ilə zəhərləndiyini bildirib
Türkiyə rəsmiləri Reyhanlıda xəstəxanada müalicə olunan bu gənc suriyalının İdlibdə kimyəvi hücum zamanı sarin qazı ilə zəhərləndiyini bildirib

Birləşmiş Ştatlar Rusiyanın Əsəd rejiminə İdlib vilayətində onlarla insanın ölümünə səbəb olan kimyəvi hücumun keçirilməsində kömək etdiyini ehtimal edir.

Amerikanın yüksək səviyyəli hərbi rəsmiləri Suriyanın Şayrat aviabazasına Tomahavk raketləri ilə zərbələr endirildiyindən sonra bildirib ki, onlar Suriya rejiminin bu hücumu tək keçirmədiyinə dair dəlilləri nəzərdən keirir.

Rusiya seçim qarşısındadır. Ya bu silahların bütünlüklə çıxarıldığının məsuliyyətini öz üzərinə götürməlidir, belə ki bunu edəcəyinə dair öhdəlik götürüb, ya da Suriya prezidenti Bəşar Əl-Əsədə nəzarət etmək qabiliyyətinə malik olmadığını etiraf etməlidir
ABŞ rəsmisi

"Biz onlara kimin kömək etdiyinə dair yaxşı təsəvvür əldə etmişik"-deyə yüksək səviyyəli hərbi rəsmi Pentaqonda müxbirlərə bildirib. O əlavə edib ki, rəsmilər "ruslara aid ola biləcək hər bir informasiyanı diqqətlə nəzərdən keçirib. Onun sözlərinə görə, bu, onların ya kimyəvi hücum haqda əvvəlcədən məlumatı olduğunu, ya da Suriya qüvvələrinə kömək göstərdiklərini təsdiq etmiş olur.

ABŞ Müdafiə nazirliyinin bu fotosunda Suriyada Şayrat avibazası göstərilir
ABŞ Müdafiə nazirliyinin bu fotosunda Suriyada Şayrat avibazası göstərilir

Pentaqon bu açıqlamaları Vaşinqonun Rusiyanın Suriyada rolu ilə bağlı tənqidi bəyanatlarından sonra verib. Bəziləri Moskvanı Suriyada kimyəvi silahlardan istifadəyə dair anlaşılmazlıq yaratmaqla, "yanlış faktları" yaymaqda ittiham edir.

"Dəməşq və Moskva bizi bu silahlarının hamısının ya çıxarıldığı, ya da məhv edildiyinə əmin etmişdi"-deyə ABŞ rəsmisi 2013-cü il razılığına işarə edərək Amerikanın Səsinə bildirib.

Bu razılaşmada Suriyanın bütün kimyəvi silah ehtiyatlarının məhv edilməsi nəzərdə tutulurdu.

Dəməşq və Moskva bizi bu silahlarının hamısının ya çıxarıldığı, ya da məhv edildiyinə əmin etmişdi
ABŞ rəsmisi

ABŞ rəsmisi sözünə davam edərək bildirib: "Rusiya seçim qarşısındadır. Rusiya ya bu silahların bütünlüklə çıxarıldığının məsuliyyətini öz üzərinə götürməlidir, belə ki bunu edəcəyinə dair öhdəlik götürüb, ya da Suriya prezidenti Bəşar Əl-Əsədə nəzarət etmək qabiliyyətinə malik olmadığını etiraf etməlidir."

Pentaqon rəsmiləri Rusiyanın aprelin 4-də kimyəvi hücumla əlaqəsi olduğuna dair hər hansı birbaşa dəlil təqdim etməyib. Xan Şeyxunda kimyəvi hücum zamanı olduqca zəhərli və ölümcül əsəb qazı olan sarin kimyəvi maddəsindən istifadə edilib. Lakin Pentaqon rəsmiləri Rusiya hərbi aviasiya birləşməsinin eyni hava bazasında yerləşdiyini və Rusiyanın Suriyadakı həbir qüvvələrinin "kimyəvi ekspertizası" ilə tanındığını qeyd ediblər.

Rusiyaın baş naziri Dmitri Medvedev
Rusiyaın baş naziri Dmitri Medvedev

ABŞ hərbi qüvvələrinin rəsmiləri bildirib ki, onlar Xan Şeyxunda xəstəxana üzərində məsafədən idarə olunan uçuş aparatı-dronun uçduğunu qeydə alıb. Xəstəxana kimyəvi hücumun hədəfi olub və eyni zamanda hücum zamanı xəsarət alan insanlar orada müalicə olunub.

"Təxminən beş saatdan sonra dron qayıdıb və xəstəxanaya əlavə hərbi sursat atılıb"-deyə bir rəsmi bildirib.

Yüksək səviyyəli hərbi rəsmilər bununla kimyəvi hücuma dair hər hansı sübutu gizlətməyə cəhd göstərildiyini ehtimal edir.

Suriya Xan Şeyxunda hücumun adi silahlarla keçirildiyini və bunun nəticəsində Əsədə qarşı döyüşən üsyançıların nəzarətində olananbarda sarin qazı ehtiyatlarının partlaya bildiyini bildirib. Bu nəzəriyyə Suriya hərbi qüvvələri üzrə Qərb ekspertləri tərəfindən istehza ilə qarşılanıb.

Suriya hökuməti ABŞ-ın raket hücumunu qınayıb, Rusiya isə Vaşinqtonla söz müharibəsinə başlayıb.

Rusiyanın baş naziri Dmitri Medvedev ABŞ-ın raket hücumunu qeyri-qanuni akt adlandırıb və Vaşinqtonun Rusiya ilə "hərbi toqquşmanın bir addımlığında" olduğuna dair xəbərdarlıq edib.

ABŞ prezidenti Donald Trampın sözçüsü raket hücumlarını müdafiə edərək, bunun Əsədə aydın mesaj olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG