Accessibility links

Amerikalılar daha sağlam millət hesab edilir [Video]


Vaşinqton universitetinin alimi, doktor Kristofer Murrey son 20 il ərzində əsas xəstəliklər və xəsarətlərin sağlamlığa təsiri və vaxtsız ölümlərlə bağlı tədqiqatlara rəhbərlik edir.

Alimlər depressiya, həyəcan, bel ağrısı, diabet və tənəffüs orqanları kimi xəstəliklərin səbəblərini müəyyən edir.

Vaxtsız ölümlərə əsasən infarkt, iflic və xərçəng səbəb olur. Bu xəstəliklər isə siqaret çəkməklə, çox və qeyri-sağlam qidalanmaqla yaranır.

Kristofer Murrey deyir ki,680 min ölum halı yemək, 400 min tütünlə bağlıdır. “Köklük və yüksək qan təzyiqi də bunlardan qaynaqlanır."

Havanın çirkliliyi də bu faktorlara daxildir. Milli Səhiyyə İnstitutunun bildirdiyinə görə, çirkli hava uşaqlarda tənəffüs orqanları xəstəkliklərinə səbəb olur.

Alimlər müəyyən ediblər ki, köklük, spirtli işçilər və narkotiklərdən istifadə artmaqdadır.

Amma amerikalılar ümumilikdə daha sağlam millət hesab edilir. Bu isə xəstəliklərin müalicə metodlarının təkmilləşdirilməsi ilə izah edilir.

Tədqiqatçılar ictimai sağlamlıq, fiziki fəallıq, sağlam qidalanma, spirtli işçilər və siqaretin azaldılmasını təşviq edən proqramlarının artırılmasına çağırır.
XS
SM
MD
LG