Accessibility links

Amerikada prezident seçkilərinə üç gün qalır


Amerikada prezident seçkilərinə 3 gün qaldığı bir vaxt prezident Barak Obama və onun respublikaçı rəqibi Mitt Romniyə dəstək verənlər arasında cüzi fərq müşahidə edilir.

ABŞ dövlət başçısı qələbəni 270 seçici səsi ilə təmin edən ştatlarda kampaniyasının son günlərini keçirir.

Prezident Ohayo, Viskonsin, Ayova, Virciniya və Vaşinqton ştatlarına səfərə çıxıb.

Cümə günü hər iki namizəd Ohayo ştatında tərəfdarları ilə görüşlər keçirib.

Romni Barak Obamanı ölkədəki işsizlik səviyyəsinə görə tənqid edib. O, oktyabr ayında 7.9 faiz təşkil edən işsizliyi iqtisadiyyatdakı durğunluğa işarə kimi qiymətləndirib. Mitt Romn ihazırda işsizliyin Obama hakimiyyətindən əvvəllə müqayisədə daha da artdığını vurğulayıb.

Prezident Obama isə işsizlik göstəricilərini real inkişaf kimi qiymətləndirib, lakin görüləsi çox iş olduğunu bildirib.
XS
SM
MD
LG