Accessibility links

Prezidentiyə namizədlər həlledici ştatlarda qızğın kampaniya aparırlar


Seçkilərə iki gün qalmış ABŞ prezidenti Barak Obama və onun Respublikaçı rəqibi Mitt Romni ölkəboyu həlledici ştatlara səfər edir və fəal kampaniya aparırlar.

Prezident Obama bazar günü səhəri Nyu Hempşir ştatında keçirib. Buradan o, Florida ştatına, daha sonra isə Ohayoya yollanacaq. Demokrat namizəd günü Kolorado ştatında başa vuracaq. Bazar ertəsi isə o, Viskonsin və Ayova ştatlarına baş çəkəcək. Seçki günü üçün doğma şəhəri Çikaqoya qayıtmazdan öncə Barak Obama yenidən Ohayoda olacaq.

Cənab Romni Ohayo, Pennsilvaniya və Virciniya ştatlarına yollanmazdan öncə Ayovada nümayişə qatılıb. Bazar ertəsi isə o, Florida ştatına səfər edəcək. Seçki günü Respublikaçı namizəd doğma ştatı Massaçusetsdə - Boston şəhərində olacaq.

Rəy soğrularına əsasən namizədlər Kolorado, Florida, Ohayo və Virciniyada bərabər dəstəyə malikdirlər. Prezident Ohayo və Virciniyada cüzi üstünlüyə malikdir, amma cənab Romninin Koloradoda öndə getdiyi deyilir. Sadalanan dörd ştat Ağ Evin qazanılması üçün tələb olunan 270 elektoral kollegiya səslərinin toplanılmasında həlledici rol oynayır.
XS
SM
MD
LG