Accessibility links

Sabah ABŞ-da prezident seçkiləridir!


6 noyabrda milyonlarla amerikalı səsvermə məntəqələrinə axışaraq ölkənin növbəti prezidentini seçəcəklər. Demokrat və Respublikaçılar partiyasının fəalları namizədlərinin qalib olması üçün apardıqları mübarizənin sonuncu gününə daxil olublar.

Qarşıdakı dörd il ərzində ABŞ prezidentliyi uğrunda aparılan uzun və keşməkeşli kampaniya bu gün hər iki namizədin bir neçə ştata səfəri ilə başa çatır. Onlar son cəhdləri ilə nəticəsi bəlli olmayan mübarizədə önə çıxmağa səy göstərirlər.

50 ştatdan yalnız bir neçəsində bu günə olan nəticələr bərabər görünür. Onlar Ohayo, Florida və Viskonsinlə yanaşı, Virciniya, Kolorado və Ayovadır. Kiçik ştat olan Nyu-Hempşirdə də rəy sorğuları qeyri-müəyyən nəticələrə işarə edir.

Bu gün hazırki prezident Barak Obama siyasi tədbirlər keçirmək üçün Viskonsin Ayova və Ohayoya qayıdır, daha sonra o, doğma şəhəri olan Çikaqoya gedəcək və seçki gecəsini orada keçirəcək.

Respublikaçı iddialı Mitt Romninin bu günə olan gündəliyinə səhər saatlarını Floridada keçirəndən sonra Virciniya, Ohayo və Nyu-Hempşirə səfər etməkdir. Cənab Romni seçki gecəsini doğma ştatı olan Massaçusettsin Boston şəhərində keçirməyi planlaşdırır.

Namizədlər bazar günü də geniş kütlələr qarşısında kampaniya aparıblar.
XS
SM
MD
LG