Accessibility links

ABŞ-ın Rusiyadakı səfiri Maykl Makfol Soçi Olimpiadasından sonra vəzifəsini tərk edəcəyini bildirib. Amerika səfiri ailəsilə daha çox vaxt keçirmək üçün ABŞ-a qayıtmaq planları ilə bağlı öz bloqunda açıqlamanı verib.

ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə 2011-ci ildə dekabr ayında təyin edilmiş Maykl Makfol Vladimir Putinin 2008-ci ildə Kremldən getməsindən sonra Vaşinqton və Moskva arasında münasibətlərin yaxşılaşdırılması siyasətinin memarlarından biri hesab edilir.

Cənab Putinin 2012-ci ildə yenidən hakimiyyətə gəlməsindən sonra ABŞ-Rusiya münasibətlərində yenidən gərginlik müşahidə edilir. Maykl Makfol Rusiya qanunvericiləri və dövlət mediasının tənqidlərinin hədəfinə çevrilmişdir.

Ağ Evin açıqladığı bəyanatda deyilir ki, prezident Obama səfir Makfolun fövqəladə fəaliyyətinə görə dərin minnətdarlıq hissi ifadə edərək, onun Amerikanın maraqlarının nəzərə alındığı siyasətin formalaşdırılmasına kömək etdiyini və Amerikanın bütün dünyada dəstəklədiyi universal dəyərləri yorulmadan müdafiə etdiyini bildirib.
XS
SM
MD
LG