Accessibility links

Bu gün ABŞ-ın 20 ölkədəki səfirlik və konsulluqları bağlı olacaq


Bu gün ABŞ-ın 20 ölkədəki səfirlik və konsulluqları bağlı olacaq. Bu, terror təhlükəsi ilə izah edilir.

Dövlət Departamentinin bəyanatında bildirilir ki, Əl-Qaidə və onunla əlaqəsi olan qruplaşmaların hücum təhlükəsi əsasən Yaxın Şərq və Şimali Afrika ölkələrində yüksəkdir.

Bəyanatda hücum təhlükəsinin avqust ayının sonunadək davam edəcəyi deyilir.
Sənəddə bildirilir ki, bazar günündən işə başlayan səfirliklər və konsulluqlar bağlı olacaq.

Bunlara adətən iş həftəsi bazar günündən çərşənbə axşamına kimi davam edən müsəlman ölkələrindəki səfirliklərin daxil olduğu bildirilib.

Dövlət Departamentinin sözçüsü Mari Harf bu addımı ehtiyat tədbiri adlandırıb.
XS
SM
MD
LG