Accessibility links

ABŞ səfirliyi: Azərbaycan siyasi elitanın qadınlara daha çox hüquqlar verdiyi ölkədir


Azad qadın heykəli
Azad qadın heykəli

Bu gün dünyada bir çox qadın səsvermə hüququ haqqında heç düşünmür. Lakin 100 il bundan əvvəl qadınların səsvermə hüquqları mövcud deyildi. Qadınlar bunun üçün yorulmadan və cəsarətlə mübarizə aparıb.

ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində yazır ki, Azərbaycan 20-ci əsrin əvvələrində siyasi elitanın qadınlara daha çox hüquqlar verməsi üçün çalışan ziyalı bir ölkə kimi tanınır.

Azərbaycanda qadınlara səsvermə hüququ Azərbaycan Demokratik Respublikasının 28 may 1918-ci ildə qurulmasından sonra verilib.

“Azərbaycan qadınlara səsvermə hüququnu vermiş ilk müsəlman ölkəsi kimi tanınır”, səfirlik qeyd edir.

XS
SM
MD
LG