Accessibility links

ABŞ səfirliyi Global UGRAD təhsil proqramını açıq elan edib


Global UGRAD təhsil proqramı

Global UGRAD təhsil proqramı

ABŞ səfirliyi Global UGRAD təhsil proqramının 2017-2018 illər üçün qeydiyyatını rəsmi açıq elan edib.

ABŞ-ın Azərbaycandakı səfirliyi bildirir ki, Global UGRAD proqramı Azərbaycan universitetlərinin 1-ci, 2-ci və ya 3-cü kurs tələbələrinə ABŞ-ın təqaüd programını qazanmaqla, ABŞ-da bir illik akademik semester müddəti ərzində bakalavr pilləsində qeyri-dərəcəli təhsil almaq üçün gözəl bir fürsət təqdim edir.

Təqaüd programı vasitəsilə beynəlxalq səyahət, təhsil, yerləşdirmə və qidalanma, tibbi sığorta, kitablar üçün vəsait və aylıq kiçik təqaüd əhatə ediləcək.

Proqramda iştirak etmək istəyənlər dekabrın 31-dək müraciət edə bilərllər.

Proqram haqqında ətraflı məlumat və təlimat əldə etmək üçün aşağıdakı sayta müraciət edə bilərsiniz: http://www.worldlearning.org/ugrad

XS
SM
MD
LG