Accessibility links

ABŞ səfirliyi Orlando terror qurbanlarına dəstəyə görə Azərbaycan xalqına təşəkkür bildirib


ABŞ-ın Bakıdaki Səfirliyi Orlandoda terror hücumunun qurbanlarına göstərilən dəstəyə görə Azərbaycan xalqına təşəkkür edir. Bu barədə ABŞ səfirliyi Facebook səhifəsində məlumat yayıb.

Səfirlik ABŞ prezidenti Barak Obamanın çıxışından bu sitatı yayıb:

“Bu gün amerikalılar günahsız insanlara qarşı olan amansız və nifrət üzərində qaynaqlanan bir terror aktının şahidi olmuşdur.”

Prezident deyib ki, "irqindən, dinindən və ya seksual baxışlarından asılı olmayaraq istənilən amerikalıya qarşı olan hücum bizim bərabərlik kimi fundamental dəyərimizə qarşı olan bir hücumdur."

“Heç bir nifrət hissi bizə və bizim dəyərlərimizə təsir göstərə bilməz. Biz hər bir zaman dostlarına kömək edən, dostlarının həyatını xilas edən qəhramanlarımızı xatırlayacayıq. Nifrət və zorakılıq qarşısında aciz qalmayacayıq, biz bir-birimizi daha da çox istəyərək bir xalq kimi özümüzü müdafiə edəcəyik və bizi hədəfə alanlara qarşı fəaliyyət göstərəcəyik”, Obama qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyi Orlandoda terror hücumunu pisləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG