Accessibility links

ABŞ səfirliyi: Cənab Morninqstar Azərbaycan xalqına hörmət jesti olaraq Heydər Əliyevin abidəsi önünə gül qoyub və başını aşağı salıb


Riçard Morninqstar sabiq prezident Heydər Əliyevin abidəsi önündə
Riçard Morninqstar sabiq prezident Heydər Əliyevin abidəsi önündə

“Bu jest prezident İlham Əliyevə etimadnaməsini təqdim edən bütün səfirlər, o cümlədən bundan əvvəlki ABŞ səfirləri üçün rəsmi protokolun bir hissəsidir.”

“Səfir Riçard Morninqstar Azərbaycan xalqına hörmət jesti olaraq Heydər Əliyevin abidəsi önünə gül qoyub və başını aşağı salıb”.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Conas Stüart Amerikanın Səsi radiosuna səfir Riçard Morninqstarın mərhum eks-prezident Heydər Əliyevin abidəsi önündə baş əyməsini əks etdirən və sosial şəbəkələrdə mənfi reaksiyaya səbəb olan şəkli ilə bağlı bildirib.

O, deyib ki, bu jest prezident İlham Əliyevə etimadnaməsini təqdim edən bütün səfirlər, o cümlədən bundan əvvəlki ABŞ səfirləri üçün rəsmi protokolun bir hissəsidir.

Səfir Riçard Morninqstarın Heydər Əliyevin abidəsi önündə baş əyməsini əks etdirən fotoşəkilə Dövlət Departamentində keçirilən gündəlik mətbuat brifinqində də toxunulub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG