Accessibility links

ABŞ Senatı ölkənin borc tavanının artırılması üçün qoyulan son müddətə bir neçə gün qalmış nadir bazar günü sessiyalarından birini keçirir. Ölkədə iki həftəyə yaxındır ki, hökumətin bir hissəsi fəaliyyətini dayandırıb.

Senat demokratlarının lideri Herri Rid deyib ki,o və respublikaçıların lideri Mitç Makkonnel dünən nikbin danışıqlar aparsa da, tərəflərin razılığa gəlməsi üçün görüləsi çox iş var.

Cənab Rid borc limitini gələn ilədək artırmağı nəzərdə tutan Demokratların planını qəbul etməyən Senat Respublikaçılarını tənqid edib. Respublikaçılar isə xərclərin ixtisarını nəzərdə tutan bütün uzadılmalarla razı olduğunu bildirir.

Beynəlxalq Valyuta Fondunun siyasət komitəsi dünən ABŞ liderlərini “qısa-müddətli maliyyə qeyri-müəyyənliyini həll etmək üçün təcili addım” atmağa çağırıb. Bu çağırış bir gün öncə Böyük İyirmiliyin maliyyə liderlərinin mesajını əks etdirib.
XS
SM
MD
LG