Accessibility links

Soyuq hava Sendi qasırğasından zərər çəkənlərə əlavə çətinliklər yaradır


Superstorm Sandy

Superstorm Sandy

ABŞ-ın şərq sahillərində Sendi superqasırğasının təsirinə məruz qalan sakinlər yeni bir sınaqla üz-üzədir: soyuq hava.

Sendi qasırğasından bir həftə sonra hələ də minlərlə insan evsiz və işıqsızdır və indi də ərazidə temperatur 0 selsi dərəcəyə enib. Nyu-York meri Maykl Blumberq deyib ki, 40 minə yaxın sakinin müvəqqəti sığınacağa ehtiyacı var.

Nyu-York ştatının qubernatoru Endryu Kuomo deyir ki, vəziyyət getdikcə ağırlaşır.

Qasırğa habelə sabah keçiriləcək prezident və konqres seçkiləri hazırlıqlarına da təsir edib. Belə ki, Nyu-York və Nyu-Cersidə bir çox seçki məntəqələri qasırğa nəticəsində dağılıb.
XS
SM
MD
LG