Accessibility links

Amerika səfiri Ağcabədi rayonuna səfər edib


Amerika səfiri Ağcabədi rayonuna səfər edib

Amerika səfiri Ağcabədi rayonuna səfər edib

Səfir deyib ki, səfəri kənd təsərrüfatının inkişaf imkanlarını araşdırmaq məqsədi daşıyır.

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Ağcabədi rayonuna (Bakıdan 374 kilometr cənub-qərb) səfər edib.
APA Agentliyinin məlumatına görə, amerikalı diplomat ilk öncə Ağcabədi rayon icra hakimiyyətində rayon rəsmiləri ilə görüşüb. Bundan sonra səfir Ağcabədidə şəhərindəki Aqro İnformasiya Mərkəzində jurnalistlərə açıqlama verib.

O bildirib ki, bölgəyə səfəri kənd təsərrüfatının vəziyyətini öyrənmək, bu sahənin inkişaf imkanları araşdırmaq və xüsusilə rayonun Taxtakörpü qəsəbəsində məskunlaşan laçınlı fermerlərin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədi daşıyır.
Cənab Brayza xarici investorların bölgəyə sərmayə yatırmasında maraqlı olduğunu bildirib. “Mən əsasən xarici ölkələrdən olan iş adamlarını Azərbaycanın bu bölgəsinə investisiya qoymağa çağırıram. Çünki burada kənd təsərrüfatı sahəsinin inkişafı üçün böyük potensial mövcuddur. Azərbaycan xalqının yaxşı yaşaması, vətəndaşların sosial vəziyyətinin yüksəlməsi tərəfdaş ölkə kimi bizim üçün də önəmlidir”, - deyə səfir qeyd edib.

XS
SM
MD
LG