Accessibility links

Amerika səfiri vəkillərə təzyiqə və jurnalistin həbsinə münasibət bildirib


Amerika səfiri vəkillərə təzyiqə və jurnalistin həbsinə münasibət bildirib

Amerika səfiri vəkillərə təzyiqə və jurnalistin həbsinə münasibət bildirib

İnsanlar təqsirləndirildikdə özlərini müdafiə edə bilmirsə, demokratiyadan və sivilizasiyadan söhbət gedə bilməz.

Azərbaycanda hər bir vətəndaşın ədalətli məhkəmə işinə və ədalətli hüquqi prosedurlara hüququ çatır. Əgər hər hansı vətəndaşın vəkil vasitəsilə hüquqlarını müdafiə etmək imkanı yoxdursa, məhkəmə işi ədalətli ola bilməz. Bu barədə Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza son zamanlar vəkillərin Vəkillər Kollegiyasından xaric edilməsi ilə bağlı sualın cavabında bildirib.
”İnsanlar həqiqətən cinayət əməli törədirsə, cinayət işi qaldırılıb məsuliyyətə cəlb olunur. Amma insanlar təqsirləndirildikdə özlərini müdafiə edə bilmirlərsə, demokratiyadan və sivilizasiyadan söhbət gedə bilməz”, - o qeyd edib. Səfir “Xural” qəzetinin əməkdaşı Aydın Canıyevin Lənkəranda həbsi ilə bağlı sualın cavabında isə bildirib ki, Amerika mətbuat və söz azadlığını dəstəkləyir.

XS
SM
MD
LG