Accessibility links

Amerika səfirliyi 2 aprel nümayişi ilə bağlı bəyanat yayıb


Amerika səfirliyi 2 aprel nümayişi ilə bağlı bəyanat yayıb

Amerika səfirliyi 2 aprel nümayişi ilə bağlı bəyanat yayıb

Amerika səfirliyi hökuməti nümayişlərlə əlaqədar saxlanılanları qanuna əsasən müvafiq proseslə, açıq və şəffaf dinləmələr və müvafiq hüquq məsləhətçisi xidmətinə çıxışla təmin etməyə çağırır.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi aprelin 2-də müxalifətin nümayişi ilə bağlı bəyanat yayıb.

Sənəddə deyilir ki, Birləşmiş Ştatların səfirliyi 2 apreldə Bakının mərkəzində müxalifət qruplarının dinc nümayişinin qarşısını almaq üçün Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər, o cümlədən planlaşdırılan nümayişdən öncəki günlərdə müxalifət fəallarının saxlanılması ilə bağlı öz narahatlığını ifadə etmək istəyir. “ABŞ Azərbaycan Hökumətini Azərbaycan Konstitusiyasında, habelə beynəlxalq insan hüquqları üzrə hüquqi aktlarda, o cümlədən ATƏT öhdəliklərində təsbit olunmuş bütün vətəndaşlarının sərbəst toplaşmaq və söz azadlıqlarına hörmət etməyə çağırır. Bu hüquqlara hörmət önəmlidir, çünki, bu, istənilən cəmiyyətdə vətəndaşlarla onların hökuməti arasında bu və ya digər şəkildə müəyyən dialoqa təşviq edir ki, bu da müsbət dəyişiklik və demokratiya mədəniyyətinin daha dərin inkişafının təməlini formalaşdırır”.

Amerika səfirliyi nümayişlərlə əlaqədar saxlanılanları qanuna əsasən müvafiq proseslə, açıq və şəffaf dinləmələr və müvafiq hüquq məsləhətçisi xidmətinə çıxışla təmin etməyə çağırır.

Xatırladaq ki, aprelin 2-də İctimai Palata Bakının mərkəzi meydan və küçələrində nümayiş keçirməyə müvəffəq olub. Aksiyadan öncə və aksiya zamanı iki yüzdən çox adam saxlanıb. Onlardan 5 nəfər barədə cinayət işi başlanıb, 31 nəfər isə 3 gündən 13 günədək inzibati qaydada həb edilib.

XS
SM
MD
LG