Accessibility links

Amerika səfirliyi bloqerlərin azadlığa buraxılmasını müsbət qarşılayır


Amerika səfirliyi bloqerlərin azadlığa buraxılmasını müsbət qarşılayır
Amerika səfirliyi bloqerlərin azadlığa buraxılmasını müsbət qarşılayır

Amerika səfirliyi bildirir ki, Birləşmiş Ştatlar Hacızadə və Millinin məhkəmə işlərinə güclü maraq göstərib. Bunu Prezident Obama və Dövlət katibi Hillari Klintonun onların buraxılması ilə bağlı açıq müraciətləri də sübüt edir

ABŞ-ın Bakıdakı səfirliyi blogerlərin həbsdən azad edilməsi ilə bağlı bəyanatla çıxış edib.

Sənəddə deyilir: “Biz, gənc azərbaycanlı liderlər və bloqerlər Adnan Hacızadə və Emin Millinin vaxtından əvvəl azadlığa buraxılmasını müsbət qarşılayırıq.

Birləşmiş Ştatlar Hacızadə və Millinin məhkəmə işlərinə güclü maraq göstərib. Bunu Prezident Obama və Dövlət Katibi Hillari Klintonun onların buraxılması ilə bağlı açıq müraciətləri də sübüt edir.

Azərbaycan Respublikası məhkəməsinin hər iki bloqeri azad etmək qərarı müsbət addım kimi qiymətləndirilir. Ümid edirik, jurnalist Eynulla Fətullayev də tezliklə azadlığa çıxacaq.

Müstəqil ədliyyə, siyasi təsirə məruz qalmayan və fəal vətəndaş cəmiyyəti müasir demokratik dövlətin təməl daşıdır. Birləşmiş Ştatlar demokratik islahatların,o cümlədən ifadə azadlığı və sərbəst toplaşmanın təmin olunması istiqamətində Azərbaycan hökuməti və xalqı ilə işləmək öhdəliyinə sadiq qalır“.

XS
SM
MD
LG