Accessibility links

Amerika səfirliyi Bəxtiyar Hacıyevin təhqir olunması ilə bağlı məlumatları yaxından izləyir


Amerika səfirliyi Bəxtiyar Hacıyevin təhqir olunması ilə bağlı məlumatları yaxından izləyir

Amerika səfirliyi Bəxtiyar Hacıyevin təhqir olunması ilə bağlı məlumatları yaxından izləyir

Hazırda səfirlik cənab Hacıyevə qarşı qaldırılan iş və onun saxlanılması ilə bağlı məlumatları əldə etmək üçün Azərbaycan hökumətinin müvafiq qurumları ilə əlaqə saxlayır. Amerika səfirliyi bu yaxınlarda həbs edilən digər gənc fəalların işlərini də izləməyə davam edəcək.

“Səfir Metyu Brayza və Amerika Birləşmiş Ştatlarının səfirliyi Bəxtiyar Hacıyevin Gəncədə martın 4-də saxlanılması, xüsusilə də onun təhqir olunması və hüquqi yardımdan məhrum edilməsi ilə bağlı məlumatları yaxından izləyir. Biz Azərbaycan hökumətini qanunun aliliyinə riayət etməyə, müvafiq prosesin aparılmasına və Azərbaycan qanunvericiliyi çərçivəsində ittiham edilən şəxs kimi cənab Hacıyevin hüquqi yardıma, lazım gəldikdə isə tibbi yardım daxil olmaqla bütün hüquqlarının təmin etməsinə çağırırıq”. Bu bəyanatla Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi çıxış edib.

Hazırda səfirlik cənab Hacıyevə qarşı qaldırılan iş və onun saxlanılması ilə bağlı məlumatları əldə etmək üçün Azərbaycan hökumətinin müvafiq qurumları ilə əlaqə saxlayır. “Biz bu və bu yaxınlarda həbs edilən digər gənc fəalların işlərini də izləməyə davam edəcəyik”, - deyə sənəddə qeyd edilir.

Xalq Cəbhəsi Partyasının üzvləri Cabbar Savalan fevralın 5-də qanunsuz narkotik saxlamaq, Dəyanət Babayev martın 4-də ictimai asayişi pozmaq ittihamı ilə saxlanıb. Keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyevin barəsində isə martın 4-də hərbi xidmətdən yayınmaq ittihamı ilə bir ay həbs qəti imkan tədbiri seçilib.

Bəxtiyar Hacıyev işgəncəyə məruz qaldığı, zorlanma ilə hədələndiyi barədə bəyanatla çıxış edib. O Amerikanın Azərbaycandakı səfiri ilə görüşmək istədiyini bildirib.

XS
SM
MD
LG