Accessibility links

Amerika səfirliyi müxalifət fəallarının saxlanılması ilə bağlı narahatdır


Amerika səfirliyi müxalifət fəallarının saxlanılması ilə bağlı narahatdır
Amerika səfirliyi müxalifət fəallarının saxlanılması ilə bağlı narahatdır

Səfirlik bildirir ki, Azərbaycan hakimiyyətinin son tədbirləri 1990-cı ilin Kopenhagen sənədində dövlətlər tərəfindən bir daha təsdiq olunmuş “hər bir şəxsin dinc toplaşmaq və nümayiş etmə hüququnun təmin olunması” ifadəsi də daxil olmaqla ATƏT qarşısında götürdüyü öhdəliklərin əksinə istiqamətlənib.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi aprelin 2-si və 17-də Bakının mərkəzində müxalifət qruplarının dinc nümayişlərinin qarşısını almaq üçün Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər, o cümlədən müxalifət fəallarının saxlanılması ilə bağlı narahatdır. Bu barədə Amerikanın Azərbaycandakı səfirliyinin bu gün yaydığı açıqlanmada deyilir.

Səfirlik bildirir ki, Azərbaycan hakimiyyətinin son tədbirləri 1990-cı ilin Kopenhagen sənədində dövlətlər tərəfindən bir daha təsdiq olunmuş “hər bir şəxsin dinc toplaşmaq və nümayiş etmə hüququnun təmin olunması” ifadəsi də daxil olmaqla ATƏT qarşısında götürdüyü öhdəliklərin əksinə istiqamətlənib. “Biz Azərbaycan hökumətini Azərbaycan Konstitusiyasında, habelə beynəlxalq insan hüquqları üzrə hüquqi aktlarda, o cümlədən ATƏT öhdəliklərində təsbit olunmuş bütün vətəndaşların sərbəst toplaşmaq və söz azadlıqlarına bir daha hörmət etməyə çağırırıq. Biz, nümayişlərlə əlaqədar saxlanılanları qanuna əsasən müvafiq proseslə, açıq, şəffaf dinləmələr və müvafiq hüquq məsləhətçisi xidmətinə çıxışla təmin etməyə çağırırıq”, - deyə səfirlik qeyd edir.

XS
SM
MD
LG