Accessibility links

Ağ Evə ünvanlanan məktubda sianid zəhəri aşkar edilib


ABŞ-ın kəşfiyyat xidmətinin bildirdiyinə görə, Ağ Evə ünvanlanan məktubda sianid zəhəri aşkar edilib.

ABŞ prezidenti və digər yüksək səlahiyyətli şəxslərin müdafiəsi ilə məşğul olan agentliyin bəyanatında bildirilib ki, məktubun ilk təhlili təmiz çıxıb. Lakin digər bir təhlildə sianid aşkar edilib.

Kəşfiyyat xidməti istintaq davam edənədək əlavə açıqlama verilməyəciyini bildirib.

İntercept veb səhifəsində məktubun üzərində 1995-ci ildə Ağ Evə sidik və nəcisli məktub göndərən şəxsin ünvanı olduğu yazılıb.

2013-cü ildə Barak Obama və Mississippi senatoru Rocer Uiskerə göndərilən məktublarda risin zəhəri aşkar edilmişdi. İnsidentlə bağlı bir nəfər həbs olunmuşdu.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG