Accessibility links

Co Bayden silahlara nəzarət haqda yeni siyasəti tərtib edəcək


ABŞ prezidenti Barak Obama vitse-prezident Co Baydenə odlu silahların daşınmasına nəzarət məqsədi ilə yeni siyasət tətbiq etməsini həvalə edib.

Bu gün Ağ Evdə danışan Obama bildirib ki, amerikalıların əksəriyyəti insanları Konnektikut ştatının Nyutaun şəhərində baş verən hadisə kimi faciələrdən qoruyacaq dəyişikliklərə dəstək verir. Barak Obma deyib ki, indi sözdən əmələ keçmək vaxtıdır. “Əgər biz hər bir zorakılığın qarşısını ala bilmiriksə, bu, onların həcminin azaldıla bilməyəcəyi demək deyil”-deyə ABŞ dövlət başçısı qeyd edib.

ABŞ prezidenti avtomat silahların satışı və şəxsiyyətləri yoxlanılmadan insanlara silah satışının qadağan edilməsinə çağırır.

Bayden konkret tövsiyələr hazırlayacaq komissiyaya rəhbərlik edəcək. Tövsiyələr hazırlandıqdan sonra prezidentə təhvil veriləcək.

Xatırladaq ki, 20 yaşlı Adam Lanza “Sendi-Huk” ibtidai məktəbində 20 şagird və 6 məktəb işçisini qətlə yetirib.
XS
SM
MD
LG