Accessibility links

Amerika İsrailə həvəsləndirici təklif irəli sürüb


Amerika İsrailə həvəsləndirici təklif irəli sürüb
Amerika İsrailə həvəsləndirici təklif irəli sürüb

Israilin baş naziri Benyamin Netanyahu ABŞ-ın İordan çayının qərb sahilində inşaat işlərinin dondurulması müqabilində təklif etdiyi həvəsləndirici paketi kabinet üzvlərinə təqdim edib. ABŞ 90 günlük moratorium təklifini sülh danışıqlarının bərpası məqsədi ilə irəli sürüb. Bunun müqabilində Amerika İsraili təhlükəsizlik və diplomatik ölçülərlə təmin edəcək. Benyamin Netanyahu təklifin müddəalarının yekunlaşdırılmadığını bildirib. İnşaat işlərinin dondurulması fələstinlilərin paytaxt elan etmək istədiyi Şərqi Qüdsə şamil edilmir.

XS
SM
MD
LG