Accessibility links

ABŞ Dövlət Departamenti amerikalılara xəbərdarlıq verib


ABŞ Dövlət Departamenti Sudan və Tunisdən bəzi səfirlik işçiləri və onların ailələrinin o ölkələri tərk etmələrinə göstəriş verib. Dövlət Departamenti bundan əlavə amerikalılara bu ölkələrə səyahət etməməyi tövsiyə edib.

Xəbərdarlıq anti-Amerika əhval-ruhiyyəsinin vüsət aldığı vaxta təsadüf edir. Belə ki, İnternetdə yerləşdirilmiş islam əleyhinə filmə etiraz olaraq bir neçə gündür müsəlman ölkələrində zorakı aksiyalar keçirilir.

Bu gün Türkiyənin paytaxtı Ankarda nümayişçilər ABŞ bayraqlarını yandırıb.

Sudanda cümə günü nümayişçilər Britaniya, Almaniya və ABŞ səfirliklərinə hücum edib.

Yəməndə fəaliyyət göstərən Əl-Qaidə şəbəkəsi ABŞ-ın dünya ölkələrində səfirliklərinə hücumları davam etdirməyə çağırıb, Benqazidə Amerika konsulluğuna hücumu ən yaxşı nümunə adlandırıb.

Dünən Əfqanıstan, Hindistan, indoneziya və Avstraliyanın Sidney şəhərində etiraz aksiyaları keçirilib.
XS
SM
MD
LG