Accessibility links

Amerikalıların əksəriyyəti xəbərləri sosial şəbəkələrdən alır


Pew araşdırma mərkəzinin ictimai rəy sorğusuna görə, amerikalıların əksəriyyəti xəbərləri sosial şəbəkələrdən alır.

Respondentlərin 62 faizi Facebook, Reddit və Twitter kimi şəbəkələrdən istifadə etdiklərini bildirib. 4 il əvvəl mərkəzin keçirdiyi sorğuda bu saytlardan istifadə edənlər 49 faiz təşkil edirdi.

​Araşdırmaçılar ən populyar saytın Facebook olduğunu deyir. Bu şəbəkənin istifadəçilərinin 66 faizi dostlarının paylaşdığı xəbərləri məhz Facebook-dan aldıqlarını bildirib. Twitter şəbəsində bu göstərici 59 faiz təşkil edir.

İstifadəçilərin 60 faizi 1, 26 faizi 2, 10 faizi isə 3 və ya daha çox sayta müraciət edir.

Araşdrmaçılar maraqlı bir faktı da aşkar ediblər ki, bu da hər sayta marağın demoqrafik qruplar arasında fərqli olduğudur.

LinkеdIn-dən daha çox kollec məzunları, Facebook-dan isə əsasən qadınlar istifadə edir. Instagram-da isə etnik azlıqlar üstünlük təşkil edir.

Araşdırmalarda 9 şəbəkə-Reddit, Facebook, Twitter, Tumblr, Instagram, YouTube, LinkedIn, Snapchat və Vine nəzərdə tutulub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG