Accessibility links

ABŞ Suriyadakı Əl-Qaidə döyüşçülərinə qarşı hava hücumu həyata keçirib


ABŞ Suriyadakı Əl-Qaidə döyüşçülərinə qarşı hava hücumları 100-dən artıq yaraqlının ölümü ilə nəticələnib.

Müdafiə rəsmilərinin bildirdiyinə görə, bu, Barak Obamanın hakimiyyəti altında həyata keçirilən sonuncu hücum olub.

Boeing B-52 bombardmançı təyyarə yaraqlıların Hələbin qərbindəki düşərgəsini çümə axşamı günü hədəf alıb.

Bu düşərgə daha əvvəl Əl-Nüsrə Cəbhəsi kimi tanınan qrupun hərbi təlim mərkəzi olub.

“Bura iki ildən çox məşhur bir təlim mərkəzi olub”-deyə rəsmi Amerikanın Səsinə bildirib. O deyib ki, Rusiya bu düşərgəni bombalasa da, terrorçuları oradan çıxarmağa nail olmayıb.

Hücum zamanı yaraqlıların hamısı eyni binada olub. Düşərgədə qadın və uşaq olmadığı bildirilib.

Hücum Amerikanın Liviyada İslam Dövləti yaraqlılarını B-2 qırıcı təyyarələrlə hədəf almasndan bir neçə saat sonraya təsadüf edib. Hücum zamanı 80-dən çox yaraqlı qətlə yetirilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG