Accessibility links

Amerika müsəlmanları Qurban bayramın qeyd edir [Video]


Amerikalı müsəlmanlar İslam dinində əhəmiyyətli günlərdən olan Qurban bayramını qeyd edirlər. Los Ancelesdə dünyanın bir çox yerlərindən olan müsəlman miqrantlar bayramı qeyd etmək üçün məsciddə bir araya gəlib.

Kaliforniya ştatının Azusa şəhərində yerləşən bu məscid Tailandlı müsəlman tərəfindən inşa edilib. Tailandın Los Ancelesdəki konsulunun da məscidin açılışında iştirak edib.

Qurban bayramı ənənəsi İbrahim peygəmbərin Allah qarşında vəzifəsini yerinə yetirərkən yaranıb.

Ahm Qutubuddin: “Ondan oğlunu qurban etməsi istənildi və o buna razı oldu. İtaətinə görə Allah ona oğlunun əvəzinə qoç göndərdi və onu qurban etdi. Dünyada bütün müsəlmanlar bunu davam etdirir.”

Burada məqsəd başqaları ilə paylaşmaqdır.

Yahya Əbdul-Rəhman: “Mesaj budur. Biz çox işləməliyik, Amerikada və dünyada insanlar arasında ədaləti və sülhü təmin etməliyik.”

Tailandlıların icması əsasən bütpərəstlərdən ibarətdir. Konsulun dediyinə görə baxmayaraq ki, Tailanda müsəlmanlar və butpərəstlər arasında problemlər mövcuddur burada onlar birgə işləyir və yaşayır.

Tanee Sanqat: “Hər iki icma yan-yana yaşayır, hətta bir-birlərinə kömək edir. Mətbuatda göstərilənlər bəzən Tailandda baş verənləri düzgün işıqlandırmır.”

Amerikada belə bir bayramın qeyd edilməsi qonşuları ilə yemək paylaşan fərqli etnik və dini icmaların diqqətini özünə cəlb edir.

XS
SM
MD
LG