Accessibility links

Amerika səfirliyi səfir Morninqstarın Vaşinqtona çağırılması xəbərini təkzib edir


Amerika səfirliyi_logo
Amerika səfirliyi_logo

“Səfir adi iş regimində işləyir, Vaşinqtona çağırılmayıb və getməyə də hazırlaşmır”

Azərbaycanın bəzi KİV-lərində Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstarın Vaşinqtona çağırılması barədə yaylan məlumatlar tamamilə yanlışdır. Bu barədə Amerikanın Azərbaycandakı səfirliyindən Amerikanın Səsinin sorğusuna cavabda bildiriblər.

“Səfir adi iş regimində işləyir, Vaşinqtona çağırılmayıb və getməyə də hazırlaşmır”, Amerika səfirliyindən deyiblər.

Azərbaycanın bəzi KİV-ləri yazır ki, rəsmi Vaşinqton Azərbaycan hakimiyyətinin davranışlarından və Rusiyanın burada fəallaşmasından, prezident seçkiləri öncəsi təşəbbüsü ələ almaq cəhdlərindən narahatdır. Buna görə də, ABŞ Azərbaycanda öz mövqelərini qoruyub saxlamaq və möhkəmləndirmək, eləcə də prezident seçkilərinin məhz onların istədiyi kimi keçməsi üçün yeni planlarını işə salacaq.
Buna görə də Vaşinqtonda ABŞ-ın Azərbaycan siyasəti ilə bağlı Morninqstara yeni təlimatlar verəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG