Accessibility links

Xarici tələbələr ABŞ-da necə tibb təhsili ala bilər? [Video]


Xarici tələbələr ABŞ-da necə tibb təhsili ala bilər?
please wait

No media source currently available

0:00 0:03:00 0:00

ABŞ-da tibb sahəsində təhsil almaq istəyən xarici tələbələr aşılmaz maneələrlə qarşılaşır. Belə ki, bir çox ictimai tibb ocaqları onları qəbul etmir, özəl universitetlərdə isə bu yüksək rəqabətli sahəyə çox az yer ayrılır. Lakin bütün bunlar təhsilin qeyri-mümkünlüyü demək deyil.

32 yaşlı Fatimə İsmayıl Dubayda hələ uşaq ikən həkim olmağı qarşısına məqsəd qoymuşdu.

"Məndə beyin və onun funksiyasına böyük maraq var idi. Mən uşaqlarla işləməyi sevirəm. Yaxın Şərqdə və mənin vətənimdə çox sayda inkişaf prosesindən məhrum olan uşaqlara yaxşı qayğı göstərilmir."

O, vətənində tibb universitetini bitirdikdən sonra Baltimorda yerləşən Con Hopkins universitetinə rezidentura üçün müraciət edir.

Fatimə xarici tələbə qrupunda yer alanlardan biridir. Onun qrup yoldaşları onlarla proqrama necə müraciət etdiklərini izah edib.

"Bu olduqca rəqabətli bir prosesdir. Üstünlük ABŞ məzunlarına verdildiyi üçün bu kimi proqramlara qəbul ehtimalı aşağı olur. Lakin bu, qeyri-mümkün də deyil. Əsası ilkin plan qurmaqdadır."

Planlaşdırma xarici tələbələrin ABŞ tədris ocaqlarına yolunun başlanğıcıdır. Con Hopkins tibb məktəbinə qəbul idarəsinin dirüktoru Pol Uayt deyir ki, onların vətənlərindən gətirdikləri səriştələr qəbul edilsə də, proqramlar ilkin təhsilin Amerikada olmasını tələb edir.

"Biz Amerikada heç olmasa birillik əlavə kurs işi tələb edirik. Bununla onların hansı sahədə kurs keçirməsi müəyyən edilir. Əlbəttə, onlar ABŞ-da uğurlu olsalar və tibb kollegiyasının imtahanlarından keçsələr, qəbul edilirlər."

Hindistanlı Karum Arora tibb universitetinin oftalmologiya kafedrasının 4-cü kürs tələbəsidir. O, tibb universistinə Con Hopkinsdə ilkiin təhsilini aldıqdan və ikiillik araşdırma proqramında iştirak etdikdən sonra qəbul olub.

"Mən bu iki il ərzində müəllimlərimin nə dərəcədə güclü olduğunu sözlə izah edə bilmərəm. Onlar mənə sənədlərimi tibb universitetinə verdikdə də böyük dəstək oldular. Onlar məni oftalmologiya layihələrində istiqamətləndirdilər və indi də rezidenturaya müraciətimi dəstəkləyirlər."

Amerikada rezidenturaya-həkim-mütəхəssis hazırlığına vətənlərində baza tibb təhsili alanlar qəbul edilir. Ən mükəmməl abituriyentlər belə kəskin rəqabətli və olduqca bahalı bir yoldan keçərək, həkim adı qazanırlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG