Accessibility links

ABŞ və Kanadanın ticarət mərkəzlərində terror təhlükəsilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib


Somalidə yerləşən islamçı militantlar tərəfindən edilən terror təhdidindən sonra Birləşmiş Ştatlar və Kanadadakı ticarət mərkəzlərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Minnesota ştatının Minneapolis şəhərinin Amerika Ticarət mərkəzi və Kanadanın Edmonton Ticarət mərkəzi bununla bağlı bəyanat yayımlayıb. Bəyanatda Əl-Qaidə ilə əlaqəsi olan Əl-Şəbəb qrupunun keçən həftə açıqladığı videoda Qərb ölkələrində alış-veriş mərkəzlərində hücumlara çağırdığı və bununla əladar olaraq təhlükəsizlik tədbirlərinin gücləndirildiyi deyilir.

Qrupun açıqladığı videoda əsasən Birləşmiş Ştatlar, Kanada və Britaniyada yerləşən alış-veriş mərkəzləri nəzərdə tutulur.

Ağ Evin sözçüsü Coş Earnest bildirib ki, Amerika Ticarət mərkəzinə qarşı təhdidlə bağlı sübut yoxdur, lakin amerikalılar sayıqlıq göstərməlidir.

Minnesota ştatı əsas etibarilə Somali mühacirlərinin məskunlaşdığı yer kimi tanınır. İttihamçılar bildirir ki, Minnesotada onlarla Somali mənşəli amerikalı 2007-ci ildən İslam Dövləti və Əl-Şəbəb qrupuna qoşulmaq üçün ölkəni tərk edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG