Accessibility links

Amerika Ticarət Palatasının Bakıda iclası olub


Amerika Ticarət Palatasının Bakıda iclası olub
Amerika Ticarət Palatasının Bakıda iclası olub

Səfir Metyu Brayza bildirib ki, əsas məqsəd Azərbaycanın hər bir vətəndaşının ölkənin dinamik inkişafından fayda əldə etməsini təmin etmək üçün nə tələb olunduğu məsələsinin müzakirəsidir.

Bakıda Amerika Ticarət Palatasının aylıq işgüzar iclası keçirilib. İclasda Amerika ilə Azərbaycanın özəl şirkətləri arasında əməkdaşlıq imkanları müzakirə edilib.

Azərbaycandakı Amerika Ticarət Palatasının 220 üzvü var.
Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza bildirib ki, ABŞ Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsinin tərəfdarıdır. “Amerika Ticarət Palatası üzvlərinin iki ölkə şirkətlərinin nümayəndələri ilə Bakıdakı bugünki görüşünün məqsədi təkcə energetika sahəsində deyil, bir çox digər sahələrdə də əməkdaşlıq məsələlərini müzakirə etməkdən ibarətdir. Görüşün gündəliyində müxtəlif məsələlər var”.
Onun sözlərinə görə, ABŞ hökumətinin və iki ölkə şirkətlərinin maraqlarını birləşdirən məsələlər ətrafında fikir mübadiləsi aparılır. “Əsas məqsəd Azərbaycanın hər bir vətəndaşının ölkənin dinamik inkişafından fayda əldə etməsini təmin etmək üçün nə tələb olunduğu məsələsinin müzakirəsidir”.

O, həmçinin günün ikinci yarısında ABŞ dövlət katibinin müavini Ceyms Steynberqin Bakıya gəlməsini əlamətdar hadisə adlandırıb. O, digər məsələlərlə yanaşı, “Azərbaycanda bazar iqtisadiyyatının inkişafı və iqtisadi islahatların davam etdirilməsini” müzakirə edəcək. Brayzanın sözlərinə görə, cənab Steynberq Azərbaycanda son antikorrupsiya təşəbbüsləri haqqında və demokratik islahatlarla bağlı fikir mübadiləsi aparmaq niyyətindədir.
Cənab Brayza Yaxın Şərqdə və Şimali Afrikadakı son hadisələrin Azərbaycanda demokratiyanın inkişafına necə təsir edə biləcəyi barədə jurnalistlərin sualınaa birbaşa cavab verməkdən yayınaraq, başqa bölgələrdəki hadisələr barədə danışmaq səlahiyyəti olmadığını əsas gətirib. Bununla yanaşı, o qeyd edib ki, ABŞ “davamlı stabilliyin yalnız demokratik islahatlar əsasında təmin edilə biləcəyini” hesab edir. Təkamül demokratik islahatlar nəticəsində baş verir.

XS
SM
MD
LG