Accessibility links

Vaşinqtonda Türk festivalı [Video]


Hər il ABŞ paytaxtında ən populyar tədbirlərdən biri sayılan festival Amerika Türk Assosiasiyaları (ATA) tərəfindən təşkil olunur. Təşkilatın rəhbəri Ata İştar bildirir ki, festival bir il aparılan iş və əməyin nəticəsidir. Onlarla könüllü bu festivalın təşkil olunmasında öz əməyini əsirgəmir.

Azərbaycan ənənəvi Türk festivalında hər zaman musiqisi və rəqsləri ilə təmsil edilir. Bu il tamaşaçılar üçün hazırlanmış konsert proqramında Üzeyir Hacıbəyovun “Arşın Mal Alan” operattasından bir parça nümayiş etdirilib.

ABŞ-da yaşayan azərbaycanlılar bu növ tədbirlərin tükdilli xalqların mədəniyyətinin Amerika cəmiyyətinə tanıdılmasında böyük əhəmiyyət daşıdığını deyir.

Musiqi və rəqslərlə yanaşı, festivalda Türkiyə mədəniyyəti haqda məlumat stendləri və güşələr hazırlanmışdı.

Türk festivalında ən böyük marağa bazar, türk qəhvəsi pavilyonu və dönər kabab səbəb olur. Vaşinqton ətrafında türk restoranları gələnlərə öz ləziz təamlarını təklif edirdi.

Tədbirin təşkilatçılarından biri Demet Cabbar Amerikanın Səsinə müsahibədə amerikalıların hər il festivala marağı və rəğbətinin artdığını deyib.

Amerika Türk Assosiasiyaları birliyinin üzvləri Vaşinqton və ətraf ştatlarda yaşayan sakinlər üçün Türk festivalı ilə yanaşı, türk icmasının digər tədbirlər planlaşdırıldığını bildirib.
XS
SM
MD
LG