Accessibility links

Amerika türkləri prezident Obamanı aprelin 24-ü soyqırım sözünü işlətməməyə çağırır


Amerika türkləri prezident Obamanı aprelin 24-ü soyqırım sözünü işlətməməyə çağırır

Amerika türkləri prezident Obamanı aprelin 24-ü soyqırım sözünü işlətməməyə çağırır

Amerika türklərinin şəbəkəsi prezident Obamaya və Ağ Evə məktub göndərərək, ABŞ prezidentini aprelin 24-ü açıqlayacağı bəyanatında soyqırım sözünü işlətməməyə çağırır.

Məktublar ABŞ Konqresinin üzvlərinə də göndərilib. Məktubda Amerikada yaşayan türk icmasının üzvləri aprelin 24-nün erməni soyqırımı günü adlandırılmasına etirazlarını bildirir. Burada deyilir ki, baş vermiş digər faciəli hadisələrdən fərqli olaraq, ermənilərin iddia etdiyi soyqırım ətrafında qızğın mübahisə yaranmış, bu iddialar ABŞ-ın federal məhkəmələri tərəfindən rədd edilmiş və BMT-nin məhkəmələri tərəfindən heç zaman qəbul edilməmişdir. Məktubda göstərilir ki, Osmanlı arxivlərinə əsasən, 1910-1922-ci illər arasında erməni hərbçiləri 523 000 türkü qətlə yetirib.

ABŞ prezidentləri hər il aprelin 24-də Osmanlı imperatoruluğu dövrü ermənilərin qətllərini qınayan qətnamə ilə çıxış edir. Lakin prezidentlər adətən qətlləri soyqırım kimi qiymətləndirməkdən çəkinir. Amerikadakı erməni icması illərdir ABŞ prezidentləri və Konqres üzvlərini qətlləri soyqırım kimi tanımağa çağırır. Türkiyə isə xəbərdarlıq edib ki, hadisələrin rəsmi olaraq soyqırım kimi tanınması ABŞ-la ikitərəfli münasibətlərə böyük zərər vura bilər.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG