Accessibility links

Amerika televiziyasında yayımlanan “Gəzən ölü” tele-serialının aktrisası prezident Barak Obama və Nyu-Yorkun sabiq merinə içində risin zəhərli maddəsi olan məktub göndərdiyinə görə həbs edilib.

Federal hakim Texasdan olan 36 yaşlı Şannon Quess Riçardsonu 18 il həbs cəzasına məhkum edib.

Riçardson 2013-cü ilin may ayında cənab Obama və Nyu-Yorkun meri Maykl Blumberqə içərisində risin maddəsi olan məktib göndərib. O, daha sonra polisə gedərək ayrı yaşadığı həyat yoldaşını cinayəti törətməkdə günahlandırıb.

Müstəntiqlər Riçardsonun danışıqlarında qeyri-ardıcıllıq müəyyən edərək, məktubu onun göndərdiyinə inanıblar. O, bir ay sonra həbs edilib.

Risin maddəsi tənəffüs sistemində problemlərə səbəb olur.

XS
SM
MD
LG