Accessibility links

Amerika təyyarələri olduğundan şübhələnilən hava hücumunda 11 nəfər həlak olub


Amerika təyyarələri olduğundan şübhələnilən hava hücumunda 11 nəfər həlak olub
Amerika təyyarələri olduğundan şübhələnilən hava hücumunda 11 nəfər həlak olub

İkinci hücum zamanı isə təyyarə Data Kel şəhərində avtomobili hədəf alaraq dörd yaraqlını qətlə yetirib

Pakistan rəsmiləri Amerika təyyarələri olduğundan şübhələnilən iki hava hücumu zamanı 11 nəfərin həlak olduğunu bildirib. İlk hücum ölkənin şimal bölgəsində Taliban və əl-Qaidə ilə əlaqəsi olan yaraqlıların Vəziristandakı qərərgahında baş vermişdir. Kəşfiyyat rəsmiləri bildirib ki, hücum Haqqani şəbəkəsi ilə əlaqəsi oldugu hesab edilən yerli yaraqlıların birliyini hədəf alaraq azı yeddi şübhəli yaraqlını qətlə yetirib. İkinci hücum zamanı isə təyyarə Data Kel şəhərində avtomobili hədəf alaraq dörd yaraqlını qətlə yetirib. ABŞ Əfqanıstanda NATO qoşunlarına qarşı hücumları planlaşdıran və həyata keçirən yaraqlıları aşkara çıxarmaq üçün Şimali Vəziristanda raket hücumlarını intensivləşdirib.

XS
SM
MD
LG