Accessibility links

Amerika və Azərbaycan mülki-hərbi fövqəladə hazırlıq üzrə seminar keçirir


Amerika və Azərbaycan mülki-hərbi fövqəladə hazırlıq üzrə seminar keçirir

Amerika və Azərbaycan mülki-hərbi fövqəladə hazırlıq üzrə seminar keçirir

Tədbirin ssenarisinin əsas istiqaməti subasma və neft dağılmasıdır

Sentyabrın 13-dən 16-dək Bakı şəhərində ABŞ-ın Ordu Mühəndislər Korpusu və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə mülki-hərbi fövqəladə hazırlıq üzrə seminar keçirilir. Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Seminarın keçirilməsində məqsəd qurumlararası səviyyədə təbii fəlakətlərə və texnogen qəzalara hazırlıq üzrə qarşılıqlı təcrübənin bölüşdürülməsidir. Tədbirin ssenarisinin əsas istiqaməti subasma və neft dağılmasıdır.

Seminarda Fövqəladə Hallar Nazirliyinin 40-a yaxın əməkdaşı ilə yanaşı Azərbaycanın digər dövlət qurum və təşkilatlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

XS
SM
MD
LG