Accessibility links

Amerika və Azərbaycan prezidentlərinin görüşündə demokratiya, ikitərəfli və regional məsələlər müzakirə edilib


Amerika və Azərbaycan prezidentlərinin görüşündə demokratiya, ikitərəfli və regional məsələlər müzakirə edilib
Amerika və Azərbaycan prezidentlərinin görüşündə demokratiya, ikitərəfli və regional məsələlər müzakirə edilib

Amerika ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prosesini ciddi dəstəkləyir

Prezident Barak Obamanın dünən Nyu-Yorkda prezident İlham Əliyevlə görüşü zamanı ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Cənab Obama Əfqanıstanda beynəlxalq koalisiyanın fəaliyyətində Azərbaycanın roluna görə təşəkkürünü bildirib və ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prosesinin ciddi dəstəkləndiyini bildirib. Söhbət zamanı cəbhə xəttində atəşkəs rejiminə əməl olunmasının vacibliyi, nizamlanma yollarının Helsinki prinsipləri: güc və ya güc tətbiqi ilə bağlı hədə-qorxuya yol verilməməsi, ərazi bütövlüyü, adamların bərabər hüquqları və öz müqəddəratını təyin etməsi əsasında axtarılmasının vacibliyi vurğulanıb.
Liderlər regional təhlükəsizlik və enerji əməkdaşlığını da müzakirə edibr.
“Sonra prezident Obama ümidvar olduğunu bildirib ki, gənc demokratiyaya malik ölkə kimi Azərbaycan demokratik islahatlar aparacaq, məhkum olunmuş iki bloger də azadlığa buraxılmaqla insan hüquqlarının müdafiəsini artıracaq”, - deyə məlumatda qeyd olunur.
Amerika prezidenti deyib ki, güclü institutlar Azərbaycanda iqtisadi artıma və sabitliyə xidmət edir.
Azərbaycan prezidentinin internet saytında isə deyilir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında strateji əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub.
ABŞ Prezidenti Barak Obama Prezident İlham Əliyevin liderlik rolunu qeyd edərək, Azərbaycanın regionda ən çox uğurlar qazanan və ən nüfuzlu ölkələrdən biri olduğunu vurğulayıb.
İki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu bildirilərək, iqtisadi, enerji, təhlükəsizlik sahələrində əlaqələrin regional əməkdaşlığın möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd edilib.
Azərbaycan ilə ABŞ-ın beynəlxalq antiterror əməliyyatlarında birgə fəaliyyətinə toxunulan görüşdə Azərbaycanın bu əməliyyatlarda iştirakı yüksək qiymətləndirilib.
Energetika sahəsində uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilərək, Azərbaycanın beynəlxalq enerji əməkdaşlığının genişləndirilməsinə töhfəsi xüsusi qeyd olunub.
Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq, problemin tezliklə nizama salınmasının regionda sülhün və sabitliyin təmin edilməsi baxımından zəruri olduğunu bildirdib.
Prezident İlham Əliyev münaqişənin həlli ilə əlaqədar danışıqlar prosesinə toxunaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həll olunmasının vacibliyi ilə bağlı mövqeyini bir daha diqqətə çatdırıb.
Dövlət başçılarının görüşündə Azərbaycanda demokratik inkişaf prosesləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin regional və beynəlxalq məsələlər də müzakirə edilib.

XS
SM
MD
LG