Accessibility links

Birləşmiş Ştatlar və Rusiya Suriyanın kimyəvi silahlar proqramına son qoymaq üçün çərçivə layihəsi barədə razılığa gəlib. Burada Suriyanın bir həftə ərzində malik olduğu belə silahların hərtərəfli siyahısını təqdim etməsi tələb olunur.

ABŞ dövlət katibi Con Kerri Cenevrə şəhərində rusiyalı həmkarl Sergey Lavroba keçirdiyi birgə mətbuat konfransında bu planı açıqlayıb.

Cənab Kerri deyib ki, Suriya belə silahların dərhal yoxlanılmasına və silhaların ölkədən çıxarılmasına imkan verməlidir.

Plan kimyəvi silah materiallarının və ləvazimatlarının 2014-cü ilin ortalarınadək ölkədən çıxarılmasına və ya məhv edilməsinə çağırır.

Kerri deyib ki, plan uğurlu olacağı təqdirdə, bunun uzun müddətli nəticələri ola bilər.

Ancaq o, əlavə edib ki, Suriya planın icrasına əməl etməsə, onlar BMT Təhlükəsizlik Şurasında "Maddə 7" qətnaməsini tələb edə bilər. Bu, cəzalandırıcı addım atılmasına dair qətnamədir.

Sergey Lavrov isə öz növbəsində deyib ki, bu plana potensial hərbi gücdən istifadə daxil deyil.
XS
SM
MD
LG