Accessibility links


ABŞ ötən həftə iki amerikalı hərbi attaşenin Venesueladan xaric edilməsinə cavab olaraq, iki Venesuela diplomatını ölkədən çıxarıb.

Orlando Hose Montebez Olivares və Viktor Kamakaro Amerikanı bazar günü tərk edib. Vaşinqton Uqo Çavesin vəfatından sonra o ölkə ilə münasibətləri normallaşdırmaq istəsə də, çox az nailiyyət əldə edib.

Associated Press-in məlumatına görə, rəsmilər diplomatların çıxarılmasına izahat verməyiblər.

Venesuela rəsmiləri Amerikanı prezident Çavesin xəstəliyinə görə qınayıb. Belə görünür ki, onlar aprel ayı prezident seçkilərindən əvvəl anti-Amerika əhval-ruhiyyəsinin artırılmasına çalışır.
XS
SM
MD
LG