Accessibility links

"Amerika arzusu" necə gerçəkləşir? (VİDEO)


"Amerika arzusu" necə gerçəkləşir? (VİDEO)
"Amerika arzusu" necə gerçəkləşir? (VİDEO)

Amerika çox vaxt “fürsətlər ölkəsi” adlandırılır. Burada xəzinə də tapmaq olar, amma bunun üçün lazımı qədər çalışmalısınız. Bu gün sizə xoşbəxtliyini ABŞ-da tapmış bir mühacirdən söhbət açırıq.

Sadiq Şeyx 30 il əvvəl bir avtomobil təmiri obyekti alıb. Amerikada uğurlu biznesmen olmaq yolunda o, 12 əlavə belə obyektə yiyələnib.

Ancaq Pakistanlı-Amerikalı biznesmen öz köklərinə bağlı qalır və biznesə ilk başladığı müəssisədə müntəzəm olaraq öz əməkdaşları və müştəriləri ilə təmasda olmağı xoşlayır.

ABŞ-a pənah gətirmiş mühacirlərin bir çoxu kimi Şeyx də bu sahillərə özü ilə çox az şey gətirib. Ancaq gətirdikləri arasında müfəvəqiyyətə inam üstünlük təşkil edib.

O, Pakistanı tərk edəndə atası ona cəmi 10 dollar verib. Şeyx müvəqqəti işlərdə çalışaraq avtomobil mühəndisliyi üzrə treyninq keçib. O, hətta ilk avtomobil təmiri obyektini açmaq üçün pul da toplayıb. Ancaq bu, onun üçün bir növ qumar oynamaq kimi bir şey idi. Şeyx bunu belə izah edir:

- Bu obyekt üçün heç kəs mən verdiyim pulu verməzdi. Biznes yaxşı deyildi. İlk 3 ili mən gecə-gündüz çalışırdım. Səhər saat 5-də ora gedir, gecə saat 11, 12-də evə gəlirdim. Uşaqları yatılı qoyub evi tərk edirdim və gələndə də artıq uşaqlar yatmış olurdu. Biznesə başlamaq üçün yanacaqdoldurma məntəqəsi elə də yaxşı seçim deyil. Ancaq yaxşı marketinq, reklam aparanda, müştərilərə daha müasir xidmət göstərəndə biznes də inkişaf edir.

Fairfax inzibati dariəsinin idarəçisi Eleyn Makkonnel Seyxin çoxdankı dostudur. Fairfaxda çoxsaylı mühacir icmaları var. Makkonnel deyir ki, bu icmaları birləşdirən əsas faktor onların səylə çalışması və fədakarlığıdır:

- Mühacirlər Amerika xəyallarının təsirləri altında buraya gəlir və onlar bunları həyata keçirir. Onlar həm çox işləyir, həm də təhsillərini dəyərləndirirlər.

Şeyx üçün təhsil və səylə çalışmaq öz bəhrəsini verib. Onun oğlu Harun deyir ki, çoxsaylı obyekt almasına baxmayaraq, atasının ürəyində ilk dəfə yiyələndiyi biznesə həmişə xüsusi münasibət olacaq:

- Onun bütün çətinlikləri öz bəhrəsini bu obyektdə tapıb. O, burada qan-təri ilə çalışıb.

Artıq maliyyə baxımdan sıxıntısı olmayan Şeyx başqa sahələrə də üz tutur, istəyir ki, Amerikaya yeni gələn həmyerlilərinə kömək etsin. Ona görə də o, Pakistan-Amerika Biznes Assosiasiyasını yaradır.

Bununla yanaşı, Şeyx Pakistandakı həmvətənlərinə də kömək əlini uzadır və onların daha keyfiyyətli təhsil əldə etmələri üçün iki ölkə arasında mübadilə proqramı başlatmaq üzərində çalışır. O, Pakistanboyu kollec şəhərciklərinin salınmasını istəyir.

"Amerika arzusu" necə gerçəkləşir? (VİDEO)
"Amerika arzusu" necə gerçəkləşir? (VİDEO)
Cibində cəmi 10 dollar olan yeni müacir kimi Sadiq Şeyxin yalnız bir arzusu var idi: müvəffəq olmaq və özünə, ailəsinə gözəl həyat bəxş etmək.

Ancaq o vaxtdan bəri Şeyx üçün “gözəl həyat yaşamaq” düşüncəsi daha da genişlənib. “Fikrimcə Allah bizdən bəşəriyyət üçün nəsə yaxşı bir iş görməyimizi işləyir. Mən də ömrümün axırınadək buna çalışacam” – deyə Şeyx bildirir.

Şeyx öz təhsil proqramı vasitəsilə bəlkə də hələ bu missiyanı davam etdirir.

XS
SM
MD
LG